ABŞ Hörmüzdə güçlənir

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti İranın dəniz blokadasının yenidən tətbiq olunacağını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirəcəyini və İranın dəniz blokadasının yenidən tətbiq olunacağını açıqlayıb.

Tramp “Fox & Friends” proqramına müsahibəsində deyib: “Biz boğaza nəzarəti ələ keçiririk. Onların heç nəyi yoxdur. Heç nəyi yoxdur.”

O əlavə edib: “Biz artıq onun təhlükəsizliyini təmin etdiyimizə görə ödəniş alacağıq. Çox böyük məbləğ alacağıq. Sadəcə gördüyümüz bütün işlərin və qüvvələrimizi riskə atmağımızın xərclərinin ödənilməsini istəyirik.”

ABŞ Prezidenti İranla aparılan danışıqların gedişini də tənqid edərək bildirib: “Dünən onlar 11 saatlıq iclas keçirdilər… və hər şey dünən razılaşdırıldı. Amma otaqdan çıxandan sonra yenidən zəng edib dedilər ki, bəzi dəyişikliklər edilməlidir.”

Sözardı: ABŞ İranın Hörmüzgan əyalətini vurdu. Səudiyyə Ərəbistanı Yəmənin Səna aeroportunu vurdu. Husilər də Səudiyyənin hava limanlarını bombalayır. İran da Küveyti, Bəhreyni vurur. Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyacağını deyib.

Dünyanı yenidən qana çalxadılar.

Aydan

Bizi izləyin və paylaşın