Elaz.info Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ABŞ-də keçirilən “Millətlər Festivalı”nda Azərbaycan mədəniyyəti təbliğ olunub ABŞ-də Corc Vaşinqton Universitetinin təşkilatçılığı ilə ənənəvi “Millətlər festivalı” keçirilib. Festivalda 40-a yaxın ölkənin mədəniyyəti təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbə Alyansının təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılıb.
Guşədə milli geyimlər, şirniyyatlar, suvenirlər, Azərbaycan haqqında nəşrlər nümayiş olunub. Soydaşlarımız festival iştirakçılarını ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırıblar.
ABŞ-də yaşayan həmyerlimiz, xoreoqraf Məryəm Nəcəfzadə tədbirdə milli rəqslərimizi ifa edib.