ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiev Kiyevin təxribatlarına və raket təhdidlərinə Rusiya Federasiyasının qəti cavabını açıqlayıb. O bildirib ki, Rusiya Kiyev rejiminin istənilən təxribatına və ona qarşı raket təhdidlərinə qəti şəkildə cavab verəcək.
Aleksandr Darçiev bunu TASS-a müsahibəsində daha sonra qeyd edib ki, ABŞ-la münasibətlərdə strateji sabitlik məsələlərinə Ukraynadakı vəziyyətdən təcrid olunmuş şəkildə baxmaq olmaz.
Səfir ABŞ-ın “Qızıl Qübbə” raketdən müdafiə sistemi yaratmaq planlarına da diqqət çəkib.
Diplomat qeyd edib ki, “Biz, şübhəsiz ki, bütün bu məqamları nəzərə alırıq və Vaşinqtona aydın şəkildə bildiririk ki, Qərbin dəstəklədiyi rejimin (Ukrayna prezidenti Vladimir – Red.) Zelenskinin təxribatları və Rusiya sərhədlərinin perimetri də daxil olmaqla, çox nəzərə çarpan raket təhdidlərinin yaranması qaçılmaz və qətiyyətli cavabla qarşılanacaq” .
Məlumat üçün bildirək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın 5 regionunda aerodromlara zərbələr endirib. İvanovo, Ryazan və Amur vilayətlərində hücumlar uğurla dəf edilib, lakin Murmansk və İrkutsk vilayətlərində bir neçə təyyarə yanıb. Zelenski bu hərəkətlərə görə məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, əməliyyat üçün 117 pilotsuz uçuş aparatı istifadə edilib.
Bundan sonra ABŞ prezidenti Donald Tramp Vladimir Putinə zəng edərək Ukraynanın aerodromlara hücumunu müzakirə edib. Rusiya prezidenti söhbətdə deyib ki, Kiyev rejiminin bu hərəkətlərinə “cavab verməli olacaq”.
Onu da deyək ki, terror aktlarına cavab olaraq Rusiya qoşunları iyunun 6-na keçən gecə Ukraynanın hərbi infrastrukturuna kütləvi hücuma keçib.Konstruktor büroları, silah və hərbi texnika istehsalı və təmiri müəssisələri, hücum pilotsuz təyyarələrinin yığılması sexləri, uçuş heyətinin təlim mərkəzləri, həmçinin Ukrayna hərbçilərinin silah və hərbi texnika anbarları atəşə tutulub. Bütün hədəflər vuruldu.
Esmira RƏHİMOVA