ELAZ.İNFO BAKI 13.05.2025
ELAZ.İNFO xəbər verir ki,Güney Azərbaycanın “Noruznamə” filmi Türkiyənin İzmir şəhərində keçirilən Turan Beynəlxalq Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını qazanıb.
Bu barədə Türkiyə mediası olan Mynet məlumat yayıb.
Ərturan Nəcəfinin rejissoru olduğu “Noruznamə” filmində novruz bayramı mədəniyyəti və ayinlərindən bəhs edilir.
Film insan, təbiət və Turan xalqlarının qədim adət-ənənələri arasındakı əlaqənin poetik hekayəsini təsvir edir.
Aydan ŞƏRBƏTOVA.