ELAZ.İNFO xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası səhiyyə sisteminə ciddi təzyiq yaratmaqda davam edir. Sentyabrın 6-na olan məlumatlara görə, ölkədə 6 686 təsdiqlənmiş yoluxma və 3 226 ölüm qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın miqyasının böyüməsi fonunda tibbi personal, maliyyə və müalicə imkanlarının çatışmazlığından narahatlığını ifadə edib. Reuters-in məlumatına görə, mövcud müalicə mərkəzlərində təxminən 1 400 çarpayı var, lakin daha 1 600 çarpayıya ehtiyac olduğu bildirilir.
Problemlər yalnız xəstəxana çarpayıları ilə məhdudlaşmır. ÜST daha çox tibb işçisinə, epidemioloji nəzarət imkanlarına və maliyyə resurslarına ehtiyac olduğunu bildirir.
Qeyd eədk ki, ebola virusu ağır və həyati təhlükəli xəstəlikdir. Onun yayılmasının qarşısının alınmasında xəstələrin vaxtında aşkarlanması, təcridi, təmasda olan şəxslərin izlənməsi və tibb işçilərinin qorunması mühüm əhəmiyyət daşıyır.
Günel GÜNTAC


