Ukrayna hava müdafiəsi

Ukrayna hava müdafiəsini gücləndirir: 1 000 “Patriot” raketi üçün müqavilə

ELAZ.İNFO xəbər verir ki, Ukrayna hava hücumundan müdafiə imkanlarını artırmaq üçün müttəfiqləri ilə birlikdə ABŞ istehsalı “Patriot” sistemləri üçün təxminən 1 000 raketin alınmasını planlaşdırır.

Ukraynanın müdafiə naziri Yevheniy Xmara mətbuata aşıqlamasında bildirib ki, “layihə Avropa İttifaqının krediti və müttəfiqlərin dəstəyi ilə həyata keçiriləcək. Lakin raketlərin böyük hissəsinin yaxın illərdə çatdırılması nəzərdə tutulduğundan Kiyev daha təcili hava hücumundan müdafiə yardımına ehtiyacı var”.

Bu məsələ Ukrayna üçün xüsusilə vacibdir. Çünki son aylarda pilotsuz uçuş aparatları və raketlərdən istifadə ilə həyata keçirilən hücumlar ölkənin şəhərləri və enerji infrastrukturu üçün əsas təhlükələrdən biri olaraq qalır.

Kiyevin mövqeyinə görə, uzunmüddətli silah müqavilələri ilə yanaşı, müttəfiqlərin mövcud ehtiyatlarından daha çox hava hücumundan müdafiə raketinin operativ şəkildə göndərilməsi də vacibdir.

Beləliklə, Ukrayna müharibəsinin növbəti mərhələsində hava məkanına nəzarət və raket hücumlarının qarşısının alınması quru cəbhəsindəki vəziyyət qədər mühüm amilə çevrilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın