ELAZ.İNFO xəbər verir ki, azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb olunması istiqamətində yeni addım atılıb. Bu ərazilərdə idxal güzəştlərinin tətbiq edildiyi iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib.
Yeni yanaşmanın əsas məqsədlərindən biri regionda fəaliyyət göstərən və ya fəaliyyətə başlamağı planlaşdıran biznes subyektləri üçün xərclərin azaldılması və investisiya imkanlarının artırılmasıdır.
Azad edilmiş ərazilərdə iqtisadi aktivliyin yüksəldilməsi həm məşğulluğun artırılması, həm yeni istehsal sahələrinin formalaşması, həm də yerli infrastrukturun inkişafı baxımından əhəmiyyətlidir. Dövlətin mövcud vergi və digər stimullaşdırıcı mexanizmləri də bu prosesin əsas elementlərindəndir.
İndi əsas məsələ güzəştlərin real biznes layihələrinə necə çevriləcəyidir. Çünki regionun iqtisadi potensialının tam istifadəsi yalnız güzəştlərlə deyil, logistika, kadr, infrastruktur və bazara çıxış imkanlarının paralel inkişafı ilə mümkün olacaq.
İlahə BAYINDIR


