Neft bahalaşdı,

Neft bahalaşdı, investorlar ehtiyatlı davranır: Dünya bazarlarında yeni mənzərə

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə hərbi gərginliyin artması qlobal maliyyə bazarlarında risk iştahını zəiflədib. Neftin 100 dollar həddinə yaxınlaşması investorların diqqətini yenidən inflyasiya təhlükəsinə yönəldib.

Reuters-in bazar icmalına görə Asiya fond bazarlarında qarışıq mənzərə yaranıb. Bununla yanaşı, texnologiya və süni intellekt sektorundakı bəzi şirkətlər bazardakı ümumi ehtiyatlılığa baxmayaraq müsbət dinamika nümayiş etdirib.

Qlobal investorların diqqətində ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri də var. Enerji qiymətlərinin yüksəlməsi inflyasiya gözləntilərinə təsir göstərərsə, mərkəzi bankların faiz siyasəti ilə bağlı qərarları daha mürəkkəb vəziyyətə düşə bilər.

Yəni Yaxın Şərqdə baş verən hadisə artıq yalnız regional təhlükəsizlik məsələsi deyil. Onun təsiri valyuta bazarından fond indekslərinə, enerji qiymətlərindən faiz gözləntilərinə qədər uzanır.

Azərbaycan kimi enerji ixracatçıları üçün isə yüksək neft qiymətinin yaratdığı əlavə gəlir imkanları ilə qlobal iqtisadi risklər arasındakı balans xüsusi əhəmiyyət daşıyır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın