Gəncədə iki nəfərin bıçaqlanması

Gəncədə iki nəfərin bıçaqlanması: şübhəli şəxs saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, Gəncədə iki şəxsin bıçaqlanması ilə bağlı hadisə üzrə şübhəli şəxs saxlanılıb.

Hadisə şəhərin giriş hissəsində qeydə alınıb. İlkin məlumata görə, 33 yaşlı kişi və 1987-ci il təvəllüdlü qadın bıçaq xəsarəti alıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İ. Əliyev saxlanılıb. Məlumata görə, şübhəli şəxs əvvəlcə 33 yaşlı E. Əsgərova, daha sonra isə onun bacısı S. Abbasovaya xəsarət yetirib.

Hadisə nəticəsində E. Əsgərov xəstəxanaya yerləşdirilib. Onun qarın nahiyəsindən kəsici-deşici xəsarət aldığı və əməliyyat olunduğu, vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Fakt üzrə araşdırma davam etdirilir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın