Abşeronda motoxuliqanlara qarşı əməliyyat

Abşeronda motoxuliqanlara qarşı əməliyyat: 30 sürücü saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, Abşeron rayonunda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı motoxuliqanlıq edən 30 sürücü saxlanılıb.

Əməliyyatın əsas istiqaməti motosikletlərdən istifadə edən şəxslərin yol hərəkəti qaydalarına əməl etməsinə nəzarətin gücləndirilməsi olub.

Saxlanılan sürücülərlə bağlı inzibati tədbirlər görülüb. Hadisənin detalları üzrə müvafiq araşdırmalar aparılıb.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın