Favoritlər bəllidir, Ronaldonun adı siyahıda yoxdur

Favoritlər bəllidir, Ronaldonun adı siyahıda yoxdur

ELAZ.İNFO xəbər verir ki, 2026-cı il “Ballon d’Or” mükafatının 30 namizəddən ibarət siyahısı futbol dünyasında müzakirələrin əsas mövzularından birinə çevrilib.

Siyahıda Kilian Mbappe, Erlinq Holand və Lionel Messi kimi ulduzların adları yer alıb. Reuters-in məlumatına görə Mbappe mövsüm ərzində klub və milli komandada 73 qola imza atıb, Holand 58, Messi isə 49 oyunda 75 qol və məhsuldar ötürmə göstəricisinə çatıb.

Siyahının diqqətçəkən məqamlarından biri isə Kristiano Ronaldonun namizədlər arasında olmamasıdır. Portuqaliyalı futbolçu “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionluğunu qazansa da, bu dəfə əsas mükafat uğrunda mübarizədə yer almayıb.

Qadın futbolunda da diqqətçəkən adlar var. “Barselona”nın futbolçusu Ewa Pajor və Alexia Putellas əsas namizədlər sırasında göstərilir.

Qeyd edək ki, 70-ci “Ballon d’Or” mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır. Futbol dünyasında əsas sual isə mövsümün fərdi mükafatını hansı ulduzun qazanacağıdır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın