Çempionlar Liqasında ilk böyük nəticələr: Real Madrid və Mançester Siti qələbə qazandı

ELAZ.İNFO xəbər verir ki, UEFA Çempionlar Liqasının yeni mövsümündə ilk oyunlar azarkeşlərə erkən mərhələdə bir sıra maraqlı nəticələr təqdim edib.

Madrid şəhərində “Real Madrid” “İnter”i 2:1 hesabı ilə məğlub edib. Kral klubu oyunda rəqibin müdafiəsindəki səhvlərdən yararlanıb. Kilian Mbappe və Federiko Valverde Madrid təmsilçisinə qələbə gətirən qolları vurublar.

“Mançester Siti” isə səfərdə “Portu” üzərində 2:0 hesablı qələbə qazanıb. İngiltərə klubunun hücumçusu Erlinq Holand ikinci hissədə iki dəfə fərqlənərək komandasının uğurunda əsas rol oynayıb.

Günün digər qarşılaşmalarında “Real Betis” “Lill”i 3:2, Dortmund “Vilyarreal”ı 3:2, “Aston Villa” isə “Brügge”ni 3:2 hesabı ilə məğlub edib.

Turnirin ilk nəticələri göstərir ki, yeni mövsümdə qrup mərhələsinin əvvəlki formatından fərqli rəqabət sistemi komandaların hər oyuna daha yüksək motivasiya ilə yanaşmasını tələb edir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın