Finlandiya Rusiya sərhədi

Finlandiya Rusiya sərhədində müdafiə xəttini genişləndirir

ELAZ.İNFO xəbər verir ki, Finlandiya Rusiya ilə sərhəd boyunca təhlükəsizlik tədbirlərini gücləndirməkdə davam edir. APA-nın səhər xəbər lentində ölkənin sərhəddə 200 kilometr uzunluğunda hasar inşa etdiyi bildirilir.

Bu addım Finlandiyanın NATO-ya üzv olmasından sonra Rusiya ilə sərhəddə təhlükəsizlik siyasətinin necə dəyişdiyini göstərən nümunələrdən biridir.

Qeyd edək ki, Finlandiyanın bu addımı sərhəd infrastrukturu həm mümkün qeyri-qanuni keçidlərin qarşısının alınması, həm də təhlükəsizlik risklərinin azaldılması məqsədi daşıyır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın