ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdəki qarşıdurmanın təsirləri dünya maliyyə bazarlarında da hiss olunur.
ABŞ və İran arasında yeni qarşılıqlı hücum xəbərləri fonunda bir sıra fond indekslərində geriləmə müşahidə edilib. İnvestorların diqqəti enerji qiymətlərinə, inflyasiya risklərinə və əsas mərkəzi bankların gələcək faiz siyasətinə yönəlib.
ABŞ dolları isə qeyri-müəyyənlik şəraitində daha təhlükəsiz aktivlərə marağın artması fonunda möhkəmlənib.
Günel GÜNTAC


