Tovuzda zəncirvari qəza

Tovuzda zəncirvari qəza: bir nəfər ölüb

ELAZ.İNFO xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verən ağır yol qəzası ölümlə nəticələnib.

İlkin məlumata görə, “Mercedes”, “Opel”, “Chevrolet” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Ə.Qasımov xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin toqquşmadan sonra avtomobillərdən birinin yol kənarında dayanmış daha iki maşına çırpıldığı bildirilir. Hadisənin bütün təfərrüatları araşdırılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın