ELAZ.İNFO xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi, rejissor və ssenarist Yefim Abramov vəfat edib.
1948-ci ildə Bakıda anadan olan Abramov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. O, uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb və bir sıra filmlərin ərsəyə gəlməsində rejissor və ssenarist kimi iştirak edib.
Onun yaradıcılıq irsində “Qorxma, mən səninləyəm”, “Qocalar, qocalar”, “Araqarışdıran” və “Lətifə” kimi ekran əsərləri xüsusi yer tutur.
Günel GÜNTAC


