Azərbaycan səfirliyi “The Guardian” məqaləsinə cavab verdi

Azərbaycan səfirliyi “The Guardian” məqaləsinə cavab verdi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “The Guardian” qəzetində yayımlanan məqaləyə münasibət bildirib.

Səfirliyin cavab məktubunda məqalədə təqdim olunan yanaşmanın mübahisəli olduğu vurğulanıb və keçmiş münaqişə ilə bağlı məsələlərə daha geniş kontekstdən yanaşılmasının vacibliyi qeyd edilib. Azərbaycan tərəfi işğalın yaratdığı humanitar nəticələri və mina təhlükəsini də diqqətə çatdırıb.

Məktubda, eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişlər xatırladılıb. Azərbaycan tərəfinin mövqeyinə görə, diqqət keçmiş qarşıdurmanın yaratdığı bölünmələrdən daha çox regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlməlidir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın