Milli Məclisin nümayəndə heyəti ABŞ-a işgüzar səfər edib

Milli Məclisin nümayəndə heyəti ABŞ-a işgüzar səfər edib

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfər edib.

Səfər çərçivəsində Azərbaycan–ABŞ parlamentlərarası əlaqələrinin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və regional məsələlərlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir.

Azərbaycan nümayəndə heyətinin ABŞ-da bir sıra görüşlər keçirməsi planlaşdırılır. Təmaslarda iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, Cənubi Qafqazda gedən proseslər və Azərbaycanın regional təşəbbüsləri diqqət mərkəzində olacaq.

Rəsmi Bakı son dövrdə Vaşinqtonla siyasi dialoqun və parlamentlərarası əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir.

Səfərin Azərbaycan–ABŞ münasibətlərində yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıdığı bildirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın