Makron Avropada 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası istəyir

Makron Avropada 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası istəyir

ELAZ.İNFO xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı üzrə yeni rəqəmsal məhdudiyyət təklif edib. Onun təşəbbüsünə əsasən, 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinə vahid Avropa qadağası tətbiq edilməlidir.

Makron təklifini Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə göndərdiyi məktubda irəli sürüb. Fransa prezidentinin mövqeyinə görə, ayrı-ayrı ölkələrin fərqli qaydalar tətbiq etməsi əvəzinə, Aİ səviyyəsində vahid hüquqi çərçivə yaradılmalıdır.

Təşəbbüs sosial şəbəkələrin uşaqların psixologiyasına, təhlükəsizliyinə və gündəlik davranışlarına təsiri ilə bağlı uzun müddətdir davam edən müzakirəni yenidən Avropanın siyasi gündəminə gətirib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın