ELAZ.İNFO xəbər verir ki, Dünya gündəminin əsas mövzusu yenə Yaxın Şərqdəki qarşıdurmadır. İran ABŞ-a qarşı yeni xəbərdarlıqlar verir, Vaşinqton isə regiondakı hərbi mövcudluğunu artırır.
İran tərəfi Hörmüz boğazının tam blokadaya alına biləcəyi barədə xəbərdarlıq edib. Bu, sadəcə regional hərbi qarşıdurma məsələsi deyil. Hörmüz dünyanın ən mühüm enerji marşrutlarından biridir və burada gəmiçilikdə ciddi məhdudiyyət yaranması neft bazarına birbaşa təsir göstərir.
Associated Press-in son məlumatına görə, İran boğazın yaxınlığında gəmilərə qarşı “istisna zonası” elan etməyi də planlaşdırdığını bildirib. ABŞ isə son günlər İranla bağlı hərbi əməliyyatlarını genişləndirib.
İlahə BAYINDIR


