Mayami hava limanında yük təyyarəsi qəzaya uğrayıb

Mayami hava limanında yük təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Florida ştatında yerləşən Mayami hava limanında yük təyyarəsinin qəzası baş verib.

Amazon Prime Air üçün uçuş həyata keçirən Boeing 767 təyyarəsi uçuş zamanı problemlə üzləşərək uçuş-enmə zolağından çıxıb.

Hadisə nəticəsində azı beş nəfərin öldüyü bildirilir. Qəza ilə bağlı araşdırma başlanılıb.

İlkin məlumatlara əsasən, təyyarənin uçuş zamanı hansı səbəbdən qəza keçirdiyi hələ müəyyən edilməyib. Hadisənin texniki nasazlıq, hava şəraiti və ya digər amillərlə əlaqəsinin olub-olmadığı araşdırılır.

ABŞ-ın müvafiq aviasiya qurumları və təhlükəsizlik xidmətləri qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın