ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessentin sentyabrın 2-də enerji qiymətləri ilə bağlı açıqlaması Vaşinqtonun hazırkı enerji böhranına necə yanaşdığını göstərən diqqətçəkən mesajlardan birinə çevrilib.
Bessent ABŞ-da enerji qiymətlərinin yüksəlməsini Ukraynanın Rusiyanın enerji infrastrukturuna və neft emalı obyektlərinə hücumları, eləcə də İran ətrafında davam edən hərbi qarşıdurma ilə əlaqələndirib.
ABŞ maliyyə naziri bildirib ki, dünya hazırda “enerji şoku” yaşayır və Ukraynanın Rusiya enerji obyektlərinə zərbələri qlobal qiymətlərə əlavə təzyiq yaradır. O, eyni zamanda İranla bağlı münaqişənin başa çatacağını və bunun qiymətlərə müəyyən rahatlıq gətirəcəyini deyib.
Bu açıqlamanın maraqlı tərəfi isə yalnız Bessentin Ukraynanı günahlandırması deyil.
Əsas məsələ Vaşinqtonun enerji qiymətlərinin yüksəlməsini bir neçə ayrı geosiyasi hadisənin nəticəsi kimi təqdim etməsidir.
Asif ŞƏFƏQQƏTOV


