Hörmüz boğazında gərginlik artır: neftin qiyməti yüksəldi

Hörmüz boğazında gərginlik artır: neftin qiyməti yüksəldi

ELAZ.İNFO xəbər verir ki, ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməsi dünya enerji bazarında narahatlığı artırıb.

Hörmüz boğazı ətrafında qarşılıqlı hərbi əməliyyatların genişlənməsi fonunda neftin qiyməti yüksəlib. Brent markalı neftin bir barrelinin qiyməti 96 dolları ötüb. ABŞ-ın West Texas Intermediate (WTI) nefti də 92 dollar səviyyəsinə yaxınlaşıb.

Gərginliyin əsas səbəblərindən biri dünyanın ən mühüm enerji marşrutlarından hesab olunan Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin artmasıdır. Dünya neft daşımalarının əhəmiyyətli hissəsi bu su yolundan keçir.

Məlumatlara görə, son günlər boğazdan keçən kommersiya gəmilərinin sayı da kəskin azalıb. Tərəflərin qarşılıqlı addımları enerji tədarükünün davamlılığı ilə bağlı yeni suallar yaradıb.

Analitiklər hesab edirlər ki, qarşıdurmanın uzun müddət davam etməsi neft bazarında qiymətlərin daha da dəyişkən olmasına səbəb ola bilər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın