ABŞ-ın nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Ukraynaya səfəri başa çatıb.

ABŞ nümayəndələri Kiyevdən ayrıldı: danışıqlarda nəticə əldə olunmadı

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Ukraynaya səfəri başa çatıb.

Kiyevdə keçirilən görüşlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və mümkün sülh razılaşmasının perspektivləri müzakirə olunub. Lakin səfər çərçivəsində müharibənin başa çatdırılması istiqamətində konkret nəticə əldə edilməyib.

Ukrayna tərəfi danışıqlarda hava hücumundan müdafiə sistemlərinə, xüsusilə “Patriot” komplekslərinə ehtiyacı önə çıxarıb. Ölkənin enerji və müdafiə infrastrukturunun qış aylarında qorunması da müzakirələrin əsas mövzularından olub.

Kiyev son günlər Rusiya tərəfindən həyata keçirilən hücumların intensivləşdiyini bildirir. Ukrayna rəsmiləri xüsusilə enerji obyektlərinin müdafiəsinin gücləndirilməsini vacib hesab edir.

ABŞ tərəfi isə tərəflər arasında kompromis imkanlarının araşdırıldığını və diplomatik təmasların davam etdiriləcəyini bildirir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın