ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı ölkə Prezidenti sərəncam imzalayıb.
Sərəncama əsasən, müəyyən edilmiş yaş həddinə çatan və möhlət hüququ olmayan, həmçinin müddətli hərbi xidmətə çağırışdan azad edilməmiş şəxslər oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Eyni sərəncamla müddətli həqiqi hərbi xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması da nəzərdə tutulur.
Çağırış prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.
Müvafiq dövlət qurumlarına sərəncamdan irəli gələn məsələlərin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.
İlahə BAYINDIR


