ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən genişlənməsi qlobal iqtisadi gündəmdə enerji təhlükəsizliyi məsələsini ön plana çıxarıb.
ABŞ qüvvələrinin İranın neft tankerlərinə zərbələr endirməsindən sonra Tehran daha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib. İran həmçinin Hörmüz boğazı yaxınlığında xüsusi məhdudlaşdırılmış zona elan etməyi planlaşdırdığını açıqlayıb.
Tərəflər arasında qarşıdurmanın əsas iqtisadi nəticələrindən biri neft daşımaları ilə bağlı risklərin artmasıdır. Hörmüz boğazından keçən enerji axınının azalması artıq dünya bazarında qiymətlərə təsir göstərir.
Ekspertlər hesab edirlər ki, hərbi qarşıdurmanın uzanması enerji qiymətlərinin yüksək səviyyədə qalmasına, bunun isə müxtəlif ölkələrdə inflyasiya təzyiqinin artmasına səbəb ola bilər.
Hazırda əsas sual tərəflər arasında hərbi eskalasiyanın hansı həddə qədər davam edəcəyi və diplomatik kanalların nəticə verib-verməyəcəyidir.
İlahə BAYINDIR


