Azərbaycanda doğum səviyyəsinin azalması gündəmdədir

Azərbaycanda doğuş səviyyəsinin azalması gündəmdədir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda doğum göstəricilərində müşahidə olunan azalma ailə və demoqrafiya məsələlərini yenidən sosial gündəmə gətirib.

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədə 14 797 körpə doğulub. Bu dövrdə hər 1000 nəfərə düşən doğum əmsalı əvvəlki ilin eyni dövründəki 9,7-dən 8,9-a enib.

Doğum göstəricilərinin azalması ailələrin gələcək planları, uşaqların böyüdülməsi ilə bağlı xərclər, mənzil və məşğulluq imkanları kimi məsələlərin də müzakirəyə çıxarılmasına səbəb olur.

Demoqrafik dəyişiklik yalnız doğulan uşaqların sayına deyil, gələcəkdə əmək bazarının formalaşmasına, əhalinin yaş strukturuna və sosial təminat sisteminə də təsir edə bilən amillərdən biri hesab olunur.

Hazırda Azərbaycanda ailələrin neçə övlad sahibi olmaq istəməsi ilə real ailə planlarının nə dərəcədə üst-üstə düşməsi sosial mövzulardan biri kimi müzakirə edilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın