ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə aparılan danışıqlar fonunda ölkədən idxal olunan mallara yeni tariflərin tətbiqini üç gün təxirə salmaq barədə qərar verib.
Məlumata görə, söhbət Kanada məhsullarına tətbiqi planlaşdırılan 50 faizlik tariflərdən gedir. Təxirəsalma iki ölkəyə mübahisəli məsələlər üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt verəcək.
ABŞ və Kanada arasında ticarət münasibətlərində son aylarda gərginlik artıb. Vaşinqton tarif siyasətini ABŞ iqtisadi maraqlarının qorunması ilə əsaslandırır, Kanada tərəfi isə yeni məhdudiyyətlərin iki ölkənin ticarətinə mənfi təsir göstərə biləcəyini bildirir.
Tərəflərin danışıqları davam etdirməsi və tariflərlə bağlı yekun razılaşmaya gəlməyə çalışması gözlənilir.
İlahə BAYINDIR


