Hormuz boğazı ilə bağlı qeyri-müəyyənlik neftin qiymətini yüksəltdi

Hormuz boğazı ilə bağlı qeyri-müəyyənlik neftin qiymətini yüksəltdi

ELAZ.İNFO xəbər verir ki, dünya neft bazarında qiymətlər avqustun 19-da son üç həftənin ən yüksək səviyyəsinə qalxıb.

Buna əsas səbəb Hörmüz boğazından neft daşımaları ilə bağlı qeyri-müəyyənliyin davam etməsidir. Reuters-in məlumatına görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 91,20 dollara yüksəlib. ABŞ-ın “WTI” markalı nefti isə 85,10 dollar səviyyəsində olub.

Hörmüz boğazından keçən gəmi axınının zəifləməsi bazarlarda narahatlığı artırıb. Məlumata görə, gəmi sahiblərinin böyük hissəsi təhlükəsizliklə bağlı qeyri-müəyyənlik səbəbindən bu marşrutdan mümkün qədər yayınmağa çalışır.

ABŞ Prezidenti Donald Tramp boğazın açıq olduğunu və İranla danışıqların aparılmadığını bildirib. Tehran isə boğazın bağlı qaldığını açıqlayıb.

Hörmüz boğazının qlobal enerji bazarı üçün xüsusi əhəmiyyəti var. Reuters qeyd edir ki, müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu marşrutdan keçirdi.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın