Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.

Məlumata görə, mərasim Qazaxıstan Prezidentinin iqamətgahında keçirilib.

Etimadnamənin təqdim edilməsi ilə Azərbaycan diplomatının Qazaxıstandakı səfir kimi fəaliyyətinin rəsmi şəkildə başlaması təsdiqlənib.

Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq mövcuddur.

elaz.info

Bizi izləyin və paylaşın