Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edildi

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edildi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

Məlumata görə, bu vəzifəyə Cavid Kərimov gətirilib.

Bununla yanaşı, Mustafa Abbasbəyli Mədəniyyət nazirinin müşaviri təyin edilib.

Yeni təyinatların Mədəniyyət Nazirliyinin fəaliyyətinin təşkili və idarəetmə strukturunda həyata keçirilən dəyişikliklər çərçivəsində olduğu bildirilir.

Günel GÜNTAC

Təyinatlarla bağlı məlumat nazirlik tərəfindən açıqlanıb.

Bizi izləyin və paylaşın