ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda ilin ilk yeddi ayında 21,9 min nəfərə yaşa görə əmək pensiyası proaktiv qaydada təyin edilib.
Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında bu şəxslərin pensiya hüququ yarandıqda onların müraciət etməsinə ehtiyac qalmadan müvafiq ödənişlər avtomatik şəkildə rəsmiləşdirilib.
Proaktiv xidmətlərin tətbiqi vətəndaşların əlavə sənəd toplaması və qurumlara müraciət etməsi zərurətini azaltmağa yönəlib.
Sosial təminat sahəsində rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
İlahə BAYINDIR


