ELAZ.İNFO xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş daha 5 şəhidin dəfn mərasimi keçiriləcək.
Məlumata görə, şəhidlərin nəşinin avqustun 21-də torpağa tapşırılması nəzərdə tutulur.
Dəfn mərasimlərinin müxtəlif rayonlarda keçirilməsi planlaşdırılır.
Şəhidlərin şəxsiyyətinin müəyyənləşdirilməsi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində aparılan işlər çərçivəsində mümkün olub.
Müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir.
Günel GÜNTAC


