Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi

Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi

ELAZ.İNFO xəbər verir ki, xaricdən idarə olunan qanunsuz onlayn kazino şəbəkəsinin rəhbərlərindən biri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.

Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Araşdırmalar zamanı internet resurslarından istifadə etməklə qanunsuz qumar və kazino oyunlarının təşkil edildiyi müəyyənləşdirilib.

Saxlanılan şəxsin Azərbaycana gətirilməsindən sonra barəsində qanunvericiliyə uyğun prosessual tədbirlərin görüldüyü bildirilib.

İş üzrə araşdırma davam etdirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın