ELAZ.İNFO xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti buğda tədarükü həyata keçirilib.
Məlumata görə, 26 vaqondan ibarət yükün ümumi çəkisi 1 820 ton təşkil edir. Buğda avqustun 19-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Beləliklə, Rusiya mənşəli kənd təsərrüfatı məhsullarının Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınması davam edir.
Qeyd edək ki, bu marşrut üzrə daha əvvəl də müxtəlif yüklərin tranziti həyata keçirilib.
İlahə BAYINDIR


