Səhiyyə Qurumlarından Valideynlərə Təcili Çağırı


Səhiyyə mütəxəssisləri uşaqların ağır yoluxucu xəstəliklərdən qorunması və cəmiyyətdə kollektiv immunitetin təmin edilməsi üçün immunlaşdırma prosesinin vacibliyini növbəti dəfə diqqətə çatdırıblar.
ELAZ.İNFO xəbər verir ki, mütəxəssislər hər bir uşağın dünyada hələ də ciddi fəsadlara və ölüm hallarına səbəb olan ağır infeksiyalardan peyvənd vasitəsilə qorunmaq hüququnun olduğunu vurğulayırlar.
ELAZ.İNFO-nun məlumatına görə, peyvəndlər uşaqları qızılca, göyöskürək, poliomielit, difteriya, hepatit B və digər təhlükəli xəstəliklərdən qorumaqla yanaşı, cəmiyyətdə infeksiyaların yayılmasının qarşısını alır və kollektiv immunitetin formalaşmasına müstəsna töhfə verir.
Bu baxımdan valideynlər övladlarının Milli Peyvənd Təqviminə uyğun olaraq vaxtında peyvənd olunmasına xüsusi diqqət yetirməyə çağırılır. Mütəxəssislərin fikrincə, vaxtında aparılan immunlaşdırma uşaqların sağlam böyüməsi və təhlükəli infeksiyalardan etibarlı qorunması üçün en təsirli profilaktik vasitədir. Mütəxəssislər bir daha xatırladır: Peyvənd həyatları qoruyur. Peyvənd təhlükəli xəstəliklərin qarşısını alır. Sağlam gələcək vaxtında aparılan immunlaşdırmadan başlayır.
Hazırladı: Ruslan MƏMMƏDOV





