Sən yarınla gəz, dolan, mən eşqimin şeydasıyam,
Sən də yox qəmdən əsər, mən dərd-qəm dəryasıyam.
Gözlərin nəqşin çəkir səssiz, xəyalım göylərə,
Eybi yox, yum gözlərini, öz tərhimin şeydasıyam.
Yox dilim bülbül kimi, eşqinlə fəryad eyləyəm,
Amma eşqin dağların bir-bir gəzən ənqasıyam.
İstəyirdim dərdimi dost-aşnadan gizlədəm,
Amma bilmirdim özüm dost-aşna rüsvasıyam.
Çox məlamətlər ediblər aşnalar eşqimə,
Nəqşəsin qəlbim çəkir, mən biçara bənnasıyam.
Şərifə CƏFƏRİ


