ELAZ.İNFO xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yüksək rütbəli zabitlərindən biri hərbi analitiklərə göndərdiyi elektron məktubda İrana qarşı yeni təzyiq mexanizmləri ilə bağlı təkliflər istəyib.
CNN-in yaydığı məlumata görə, məktubda analitiklərdən İrana qarşı “yaradıcı və qeyri-standart” yanaşmalar hazırlamaları xahiş olunub. Bildirilir ki, məqsəd Vaşinqtonun Tehrana təzyiq imkanlarını genişləndirə biləcək yeni variantların müəyyənləşdirilməsidir.
Telekanalın mənbələrinin sözlərinə görə, oxşar məzmunlu sorğular ötən həftə ABŞ Silahlı Qüvvələrinin digər nümayəndələrinə də göndərilib.
Məlumatda qeyd olunur ki, bu cür sorğuların hərbi yazışmalarda istifadə edilən standart praktikadan fərqləndiyi bildirilir. Həmçinin vurğulanır ki, sözügedən məktublar ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat planından imtina etməsindən əvvəl göndərilib.
Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Asif ŞƏFƏQQƏTOV


