Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildi

Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildi

ELAZ.İNFO xəbər verir ki, Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənov barəsində məhkəmə hökmü çıxarılıb.

Moskvanın Presnenski Rayon Məhkəməsinin qərarına əsasən, o, çirkli pulların leqallaşdırılması işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə eyni zamanda blogerə məxsus, paytaxtın Presnenski rayonunda yerləşən və təxminən 46 milyon rubl dəyərində qiymətləndirilən qeyri-yaşayış obyektinin dövlət nəfinə keçirilməsinə qərar verib.

İstintaq materiallarında qeyd olunur ki, Hüseyn Həsənov 2019–2021-ci illərdə vergi öhdəliklərini tam yerinə yetirməyib. Daha sonra həmin vəsaitin bir hissəsinin daşınmaz əmlakın alınmasına yönəldildiyi iddia olunur.

Bununla yanaşı, məlumata görə, bloger sonradan vergi borcunu tam ödəyib və bu epizod üzrə ittiham ona qarşı qüvvədə saxlanılmayıb.

Hüseyn Həsənovun vəkili Mixail Yusupov isə bildirib ki, müdafiə etdiyi şəxs dövlət büdcəsinə ümumilikdə 300 milyon rubla yaxın vəsait ödəyib. Bloger özü də irəli sürülən çirkli pulların leqallaşdırılması ittihamını qəbul etmədiyini bəyan edib.

Qeyd edək ki, müxtəlif məlumatlara əsasən, Hüseyn Həsənov hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın