112 kiloqramdan çox heroin aşkarlandı

Yük maşınında 112 kiloqramdan çox heroin aşkarlandı

ELAZ.İNFO “Gündəlik Naxçıvan-a istinadən xəbər verir ki, İrandan Almaniyaya “hazır qida məhsulları” aparan yük maşınında 112 kiloqramdan çox heroin aşkarlanıb.

Bu barədə Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb. Məlumata görə, nəqliyyat vasitəsi Azərbaycan ərazisindən tranzit keçərkən “Şahtaxtı” gömrük postunda stasionar rentgen qurğusu ilə yoxlanılıb.

Narkotik vasitənin 1218 plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində gizlədildiyi bildirilir.

Aşkarlanan heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram olub.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın