Polis qanunsuz saxlanılan silah-sursatı aşkarladı:

Polis qanunsuz saxlanılan silah-sursatı aşkarladı: 2 avtomat, 1 tapança və 9 tüfəng götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

ELAZ.İNFO bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev özünün sosial şəbəkə hesabında yazır ki, iyulun 30-da paytaxt Bakı və respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində ümumilikdə 2 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah və sursatların aşkar olunması, eləcə də ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin mütəmadi olaraq davam etdirildiyini bildirib.

Qeyd edək ki, qanunsuz odlu silah və sursatın saxlanılması, daşınması və istifadəsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət yaradır. Hüquq-mühafizə orqanları vətəndaşları qanunsuz silahların könüllü təhvil verilməsinə çağırır.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın