Uğurun ən gözəl mükafatı – yetirmənin qazandığı zirvə

Uğurun ən gözəl mükafatı – yetirmənin qazandığı zirvə

ELAZ.İNFO 

Bu gün Azərbaycan Milli Kulinariya Assosiasiyasının İdarə Heyətinin üzvü, magistr, usta dərəcəli mütəxəssis, doktorant, kulinariya verilişlərinin aparıcısı və bir çox beynəlxalq kulinariya müsabiqələrinin qalibi Ağakərim Şamidzadənin doğum günüdür.

Ağakərimlə bağlı ən dəyərli xatirəm onun yeniyetmə yaşlarında mənim yanıma gəlməsi ilə başlayır. O vaxt qarşısına böyük məqsədlər qoyan, öyrənməyə həvəsli bir gənc idi. Bu gün isə peşəsində sözünü demiş, ailə sahibi olan, elmi fəaliyyətini uğurla davam etdirən bir mütəxəssisdir.

Onun inkişaf yolu zəhmətin və əzmkarlığın ən gözəl nümunəsidir. İlk addımlarını peşə məktəbində atdı, sonra sənətini daha dərindən öyrəndi, ali təhsil aldı, bakalavr və magistr pillələrini yüksək nəticələrlə başa vurdu. Hər iki təhsil mərhələsini fərqlənmə diplomu ilə bitirməsi onun elmə və peşəsinə necə məsuliyyətlə yanaşdığını göstərir.

Hazırda doktoranturada təhsilini davam etdirən Ağakərim Şamidzadənin yaxın zamanda dissertasiya müdafiəsi də gözlənilir. O, eyni zamanda iki kitabın həmmüəllifidir və Azərbaycan kulinariyasının inkişafına öz töhfəsini verməyə davam edir.

Beynəlxalq kulinariya yarışlarında qazandığı uğurlar, televiziya layihələrindəki fəaliyyəti və peşəkarlığı onu bu sahənin tanınmış simalarından birinə çevirib.

Bir müəllim üçün yetirməsinin uğurlarını görmək ən böyük sevinc və qürur mənbəyidir. Ağakərimin keçdiyi inkişaf yoluna baxdıqca onun zəhmətinin bəhrəsini görmək məni həqiqətən qürurlandırır.

Ağakərim Şamidzadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, elmi fəaliyyətində və peşəkar həyatında yeni-yeni uğurlar arzulayıram.

İnanıram ki, qarşıdakı illərdə də o, Azərbaycan kulinariya sənətinin inkişafına mühüm töhfələr verməyə davam edəcək.

Ad günün mübarək, Ağakərim! Uğurların daim bol olsun!

Tahir ƏMİRASLANOV

Bizi izləyin və paylaşın