Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası Çolpon-Atada keçirilib

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası Çolpon-Atada keçirilib

ELAZ.İNFO xəbər verir ki, iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.

İclas iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoqun genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət başçıları Azərbaycan ilə Qırğızıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hazırkı vəziyyətini, eləcə də gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüş zamanı iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, investisiya, humanitar əlaqələr və mədəni əməkdaşlıq istiqamətlərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Dövlətlərarası Şuranın iclası çərçivəsində qəbul edilən qərarların və əldə olunan razılaşmaların Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın daha da dərinləşməsinə, regional tərəfdaşlığın güclənməsinə və qarşılıqlı maraqlara xidmət edən yeni layihələrin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilir, həmçinin iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş mühüm sənədlər imzalanır.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın