Trampdan yeni müharibə təhdidi

ELAZ.İNFO xəbər verir ki,Trampa görə İranla danışıqlar nəticəsiz qalsa, genişmiqyaslı hücumlar yenidən başlayacaq.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla “çox ciddi və dərin danışıqlar” apardığını bildirib. O, eyni zamanda xəbərdarlıq edib ki, əgər bu danışıqlar nəticəsiz qalsa, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlayacaq.

Tramp Axios saytına müsahibəsində deyib: “Biz İranla çox ciddi və dərin danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox geniş hərbi əməliyyatlara yenidən qayıdacağıq.”

O, diplomatiyaya nə qədər vaxt verməyə hazır olduğu ilə bağlı suala cavabında bildirib: “Çox vaxt yox. Ya çox sürətlə irəliləyəcək, ya da ümumiyyətlə irəliləməyəcək.”

Aydan

Bizi izləyin və paylaşın