ELAZ.İNFO xəbər verir ki, “Qalatasaray”ın təlim-məşq toplanışı heyətində sürpriz yaşandı.
“Qalatasaray”ın Avstriyadakı təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Baş məşqçi Okan Buruk əvvəllər TFF-yə təqdim olunan siyahıda yer almayan üç futbolçunu Avstriya toplanışı heyətinə daxil edib. Mövsümöncəsi hazırlıqlarını Avstriyada keçiriləcək toplanışla davam etdirəcək “Qalatasaray”ın bu ölkəyə yollanacaq heyəti müəyyənləşib. “Sarı-qırmızılar”ın heyətinə Viktor Nelson, Elias Yelert və Metehan Baltacı da daxil edilib.
XƏLİL VƏ DAVİNSON HEYƏTDƏ YOXDUR.
Sənan Altay


