Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Buzovna “Cümə” məscidini ziyarət edib

Dini abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində dövlət qayğısı davam edir.


​ELAZ.İNFO xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Buzovna qəsəbəsində yerləşən “Cümə” məscidini ziyarət edib.


​Məsciddə din xadimləri ilə keçirilən görüşdə tarixi-dini abidələrin təmir-bərpasının xalqımızın çoxəsrlik mədəni və mənəvi irsinin gələcək nəsillərə bütöv şəkildə ötürülməsi baxımından müstəsna əhəmiyyət taşıdığı vurğulanıb.
​Komitə sədri çıxışında qeyd edib ki, tarixi ibadətgahların öz orijinallığı saxlanılmaqla qorunması gənclərdə milli kimliyə bağlılıq, tarixi yaddaş və vətənpərvərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.

Rusalan Məmmədov

Bizi izləyin və paylaşın