Qlobal enerji bazarlarındakı dalğalanmalar fonunda Rusiya daxili yanacaq bazarında qiymət artımının qarşısını almaq və sabitliyi qorumaq üçün növbəti tənzimləmə addımlarını atır.
ELAZ.İNFO xəbər verir ki, Rusiya hökuməti yanacaq-sürtkü materialları bazarında qiymətlərin sabitləşdirilməsinə yönəlmiş yeni tədbirlər paketini bəyənib. Bu barədə Rusiya Nazirlər Kabinetindəki rəsmi mənbə məlumat verib. Hökumətdəki mənbə layihənin təsdiqləndiyini rəsmən təsdiqləyib: Məlumata görə, keçirilən hökumət iclasında yanacaq-sürtkü materialları bazarında qiymətlərin tənzimlənməsini və sabitləşdirilməsini nəzərdə tutan qanun layihəsinə düzəlişlər qrupu nəzərdən keçirilib və qəbul edilib. Bu düzəlişlər daxili bazarda dizel yanacağı və benzinin qiymətinin kəskin artmasının qarşısını almaq üçün dövlətin tənzimləyici mexanizmlərini gücləndirməyi hədəfləyir. Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili bazarda dizel təchizatının təmin olunması və ticarət şəbəkələrinin logistika maşınlarının fasiləsiz yanacaqla təminatı barədə hökumətin xüsusi nəzarət tədbirləri həyata keçirdiyini bəyan etmişdi.
Ruslan MƏMMƏDOV


