Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti uğurlu əməliyyat həyata keçirilib. Yabanı halda bitən narkotik tərkibli bitkilərin kökü kəsilərək zərərsizləşdirilib.
ELAZ.İNFO xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-profilaktik tədbirlər nəticəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən ümumi çəkisi 1485 kiloqram (təqribən 1,5 ton) olan 1990 ədəd yabanı xaş-xaş kolu kökündən çıxarılaraq yandırılma yolu ilə tamamilə məhv edilib. Bölgələrdə narkotik vasitələrin yayılmasının qarşısını almaq məqsədilə analoji profilaktik nəzarət tədbirləri davam etdirilir.
ELAZ.İNFO


