abs-deniz-piyadalari-oman-korfezi-wen-yao-insidenti-elaz-info.

İrana qarşı dəniz blokadası gücləndirilir

Yaxın Şərq sularında gərginlik ən yüksək həddə çatıb. ABŞ hərbi-dəniz qüvvələrinin İrana qarşı tətbiq etdiyi dəniz blokadasını yarmağa çalışan mülki yüklərin qarşısının alınması istiqamətində növbəti kəskin addımlar atılıb.

ELAZ.İNFO xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun 11-ci dəniz ekspedisiya birliyinin (11th MEU) hərbçiləri Oman körfəzində “M/T Wen Yao” adlı ticarət gəmisinə daxil olaraq göyərtədə yoxlama reydləri keçiriblər.

Rəsmi məlumatlara görə, ABŞ qüvvələri blokadadan yayınmağa cəhd göstərən 3 kommersiya gəmisinin qarşısını kəsib. Həmin gəmilərdən biri ABŞ hərbçilərinin dərhal dayanmaq barədə əmrlərinə və xəbərdarlıqlarına tabe olmaqdan imtina edib. Bunun ardınca ABŞ dəniz piyadaları İrana qarşı tətbiq edilən dəniz blokadasının tam yerinə yetirilməsini təmin etmək məqsədilə sözügedən gəmiyə göyərtədən daxil olaraq onu nəzarətə götürüblər.

ABŞ komandanlığından verilən rəsmi açıqlamada qeyd olunub ki, Hörmüz boğazı və ətrafındakı strateji dəniz suları beynəlxalq gəmiçilik üçün azad və açıq olaraq qalır. Bu qayda yalnız ABŞ-nin “polad blokadasını” pozmağa və İrana qanunsuz yük daşımağa cəhd edən gəmilərə şamil edilmir. Bölgədə hərbi gərginliyin artması qlobal neft bazarlarına və dəniz ticarətinin təhlükəsizliyinə təsirsiz ötüşmür.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın