Keyfiyyətli yuxu sağlam həyat tərzinin əsas hissələrindən biridir. Mütəxəssislər yatmazdan əvvəl telefon və planşetdən uzun müddət istifadə etməməyi tövsiyə edirlər.
ELAZ.İNFO xəbər verir ki, sakit mühit yaratmaq, otağın temperaturunu uyğun səviyyədə saxlamaq və eyni saatda yatmağa çalışmaq yuxu rejiminin formalaşmasına kömək edə bilər.
Bu sadə vərdişlər səhər daha enerjili oyanmağa şərait yaradır.
Onu da qeyd edək ki, hər bir insan 7-8 saat yatmalıdır. Əksər insanlar həyatının bir mərhələsində günlərlə davam edən qısamüddətli yuxusuzluqdan əziyyət çəkirlər. Həmin vəziyyət adətən stress, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur.
Davamlı yuxusuzluq orqanizmdə xroniki ağrı, diabet, ürək-damar, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliyinin xəbərçisi ola bilər.
Günel


